Britaniya Hörmüz boğazından keçid üçün ödəniş etməyə qarşı çıxıb
Böyük Britaniya gəmilərin Hörmüz boğazından keçidi üçün İrana ödəniş etməyi qəbul etmir.
BAKU.WS xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan atəşkəs hələ də kövrəkdir və bunun möhkəmləndirilməsi üçün əlavə addımlar atılmalıdır.
Starmer vurğulayıb ki, Hörmüz boğazı bu prosesdə mühüm rol oynayır.
"Gəmiçiliyə görə ödənişlərin tətbiq olunmasına və ya hər hansı məhdudiyyətlərə yol vermək olmaz", – deyə o qeyd edib.
Məlumata görə, İran yenidən Hörmüz boğazında tanker hərəkətini məhdudlaşdırıb və İsrailin atəşkəs şərtlərini pozduğunu əsas gətirərək cavab tədbirləri hazırlayır.
Tehranın açıqlamasına əsasən, Vaşinqtonla əldə olunan razılaşmalar Livanda atəşkəsi də əhatə edirdi. Lakin İsrail ordusunun "Hizbullah" hərəkatına qarşı əməliyyatları davam etdirilməsi nəticəsində yüzlərlə insan həyatını itirib, minlərlə şəxs yaralanıb.
Ağ Evdə isə ABŞ və İran arasında yaranmış vəziyyət "anlaşılmazlıq" kimi qiymətləndirilir.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...