BRICS vahid ödəniş sistemini işə sala bilər

BRICS vahid ödəniş sistemini işə sala bilər
Dünya 25

BRICS-ə üzv ölkələr ticarət və turizm sahələrində vahid ödəniş sisteminin yaradılması məqsədilə mərkəzi bankların rəqəmsal valyutalarının birləşdirilməsi imkanlarını araşdırırlar.

BAKU.WS xəbər verir ki, bu barədə "Berliner Zeitung" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, birlik ölkələri alternativ maliyyə infrastrukturunun formalaşdırılması istiqamətində səylərini davam etdirir. Yanvar ayında Hindistanın Ehtiyat Bankı ticarət və turizm sahəsində transsərhəd ödənişlərin sadələşdirilməsi üçün mərkəzi bankların rəqəmsal valyutalarının əlaqələndirilməsini təklif edib. Gözlənilir ki, bu təşəbbüs 2026-cı ildə Hindistanda keçiriləcək BRICS sammitinin gündəliyinə daxil ediləcək.

Təklif qəbul edilərsə, bu, BRICS ölkələrinin rəqəmsal valyutalarını vahid sistem çərçivəsində birləşdirmək istiqamətində ilk rəsmi cəhd olacaq. Birlik ölkələrində dollar asılılığının azaldılması ilə bağlı müzakirələr yeni deyil. Lakin əvvəllər tez-tez gündəmə gətirilən vahid valyuta ideyasının yerini hazırda əsasən vahid tranzaksiya və ödəniş sisteminin yaradılması məsələsi tutub.

"Brics Pay" layihəsi milli ödəniş sistemlərinin birləşdirilməsini və gələcəkdə mərkəzi bankların rəqəmsal valyutalarının inteqrasiyasını hədəfləyir. Bu isə əməliyyatların birbaşa həyata keçirilməsinə, dollarla işləyən klirinq mərkəzlərindən və ya Qərbin dominant olduğu SWIFT kimi sistemlərdən yan keçməyə imkan verəcək.

"Berliner Zeitung" vurğulayıb ki, layihə hələ ilkin mərhələdədir. BRICS-in aparıcı ölkələrindən heç biri mərkəzi bankın rəqəmsal valyutasını tam şəkildə tətbiq etməyib, bütün ölkələr hazırda pilot mərhələsindədir. Texniki uyğunluq məsələləri, eləcə də məlumatlara çıxış, ticarət balanslarının tənzimlənməsi və idarəetmə strukturları ilə bağlı normativ problemlər hələ də həll olunmayıb.

Oxşar xəbərlər

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada Yerə aid olmayan xəzinə tapılıb

İspaniyada 60 ildən çox əvvəl aşkar edilmiş məşhur tunc dövrünə aid xəzinənin tərkibində iki diqqətəlayiq artefaktın meteorit dəmirindən hazırlandığı müəyyən ed...

273 Dünya 23:13 25 yanvar 2026

Son xəbərlər