Brejnev ailəsinin acı aqibəti: Sərxoş həyat, narkotika, psixiatriya xəstəxanası...
SSRİ rəhbəri Leonid Brejnevin ailəsi illərlə imtiyaz, var-dövlət və xüsusi status içində yaşasa da, bu nəsli müşayiət edən faciələr heç vaxt gizli qalmayıb. Brejnevin qızı, nəvəsi və nəticəsinin həyat hekayəsi bir daha sübut edir ki, hakimiyyət və imkanlar xoşbəxtlik gətirmir.
BAKU.WS xəbər verir ki, bu ailənin taleyi hətta Rusiya mətbuatında "Kremldən başlayan faciə" kimi səciyyələndirilir.
Brejnevin böyük qızı Qalina Brejneva sovet cəmiyyətində qalmaqalları, lüks yaşamı və çılğın davranışları ilə yadda qalıb. Onun belə davranmasının əsas səbəblərindən biri gənclik arzusunun – səhnə həyatının – atasının qəti qadağası səbəbindən reallaşmaması idi. Güclü xarizması və sənət eşqinə baxmayaraq, Leonid Brejnev qızına "əsassız məşğuliyyət" kimi baxdığı üçün icazə verməmişdi.
Qalina bu boşluğu doldura bilmədiyi üçün dağıdıcı həyat tərzi ilə əvəzləmişdi. Qalmaqallı münasibətlər, bahalı geyimlər və sərxoş halda restoranlardan gün keçirmək onun "imzasına" çevrilmişdi. Həyatının son illərində isə ağır alkoqol asılılığına düçar olmuşdu.
Qalinanın ilk evliliyindən dünyaya gələn Viktoriya Milyayeva uşaqlığını əsasən nənə və babasının – Leonid və Viktoriya Brejnevin yanında keçirmişdi. O, yaxşı təhsil alsa da, Sovet İttifaqı dağıldıqdan sonra ailənin imtiyazları bir anda yoxa çıxdı. Viktoriya həm öz qayğısına, həm də alkoqol asılılığı səbəbindən tam nəzarətdən çıxan anasına baxmalı oldu.
Brejnevanın mənzili şikayətlərin kəsilmədiyi bir "priton"a çevrilmişdi. Qalinanı narkoloji mərkəzlərə yerləşdirmək mümkün olmurdu – hər dəfə xəstəxanadan qaçırdı.
Nəhayət, Viktoriya çarəsiz qərar verir və anasını psixiatriya xəstəxanasına yerləşdirir. Qalina Brejneva oradan qaça bilmir və 1998-ci ildə həmin müəssisədə dünyasını dəyişir.
Viktoriyanın qızı, Brejnevin nəticəsi Qalina Filipova (jurnalistlərin "Qalina-2" adlandırdığı) də ailə lənətindən qurtula bilməyib. O, elit təhsil alsa da, 90-cı illərin çətinliklərinə hazır deyildi. Sərbəst həyata uyğunlaşa bilməyib, anasının və xüsusilə nənəsinin izindən gedərək alkoqol asılılığına düşdü.
Bir müddət küçələrdə yaşadı, uşaq meydançasında taxta daxmada gecələdi, qışda isə küçələrdə qalırdı. Müraciətlərdən sonra o da psixiatriya xəstəxanasına yerləşdirildi. Həkimlərə özünü Brejnevin nəticəsi kimi təqdim edəndə isə əvvəlcə bunu xəstəlik sayıblar, sonra məlumatın doğru olduğu üzə çıxıb.
Hazırda Qalina kiçik bir mənzildə yaşayır, jurnalistlərin və yardımsevərlərin köməyi ilə minimal həyat şəraitinə sahibdir.
Oxşar xəbərlər
60 ildir qorunan inanılmaz ÖZƏLLİK - Sakinlər də buna riayət edir
Türkiyənin Vanı şəhərinin Özalp rayonunda yerləşən Emek məhəlləsi 60 ildir öz unikallığını qoruyub saxlayan nadir yaşayış məkanlarından biridir. BAKU.WS xəbər...