Braziliyada böyük yanğın - Meşənin yüzdə iyirmisi kül oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Braziliyada Braziliya Milli Meşəsinin 20 faizi yanğın nəticəsində külə dönüb.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, yanğınsöndürənlər yanğının böyük hissəsini nəzarətə götürüb.
Məlumata görə, yanğında 5600 hektar meşə sahəsinin təxminən 20 faizi külə dönüb, yanğınsöndürənlər alovların əkin sahələrinə keçməməsi üçün böyük səy göstərir.
Meşənin idarə olunmasından məsul Fabio dos Santos Miranda verdiyi açıqlamada, "Dörd yanğından üçünü söndürdük. Ümid edirik ki, yanğın günün sonuna qədər nəzarət altına alınacaq. Bu ekoloji cinayətdir, lakin bunun qəsdən olub-olmadığını hələ təsdiq etməmişik".
Miranda yanğının başladığı ərazidə ətrafdakılar tərəfindən üç şübhəlinin göründüyünü bildirib.
Qalereya
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...