Böyük Britaniyada bir sutka ərzində ikinci qatar relsdən çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyada 24 saatdan az müddət ərzində ikinci dəfə qatarın relsdən çıxması hadisəsi baş verib - bu dəfə İngiltərənin cənub-şərqindəki Esseks qraflığında.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 14-də Uikford şəhəri yaxınlığında baş verib.
Polisin məlumatına görə, qatarın arxa vaqonları relsdən çıxıb, bu zaman onlar şaquli vəziyyətdə qalıblar.
Hadisə yerinə Britaniya nəqliyyat polisinin əməkdaşları, paramediklər və yanğınsöndürənlər gəliblər. İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qatarın relsdən çıxmasının səbəbi və hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...