Boşanan qadın evindən 70 kral pitonu tapdı

İngiltərənin Nbor şəhərində şok hadisə baş verib.
Keçmiş həyat yoldaşının ayrıldıqdan sonra evində çoxsaylı piton ilanları qoyub getdiyini aşkar edən qadın heyvanların xilasetmə xidmətinə müraciət edib.
BAKU.WS-in BBC-yə istinadən verdiyi məlumata görə, sürünənlərin sahibi əvvəlcə sevgilisinə cəmi 6 ilan qaldığını deyib.
Bununla belə, "NSUR Exotic Animal Rescue"nin mütəxəssisləri hadisə yerinə gələndə qutularda saxlanılan 50-yə yaxın piton və evin ətrafında sərbəst dolaşan daha 20 piton tapıb.
Sürünənlər sığınacağının əməkdaşı olan Daniel Holms bildirib ki, illərdir bu işlə məşğuldur, buna baxmayaraq o, ilanlar üçün gördüyü ən pis şəraitin bu olduğunu söyləyib.
"Bala ilanlar susuz qalıblar, ona görə də indi biz onların su balansını bərpa etməliyik və qidalanmalarını yaxşılaşdırmalıyıq, çünki onlar çox tükəniblər", - mütəxəssis izah edib.
Holms evdə gördüklərini "iyrənc və faciəli" adlandırıb. O, həmçinin əlavə araşdırma üçün Heyvanlara Qəddarlığın Qarşısının Alınması Kral Cəmiyyətinə (RSPCA) ötürmək üçün hadisə ilə bağlı məlumat toplayıb.

Oxşar xəbərlər
Argentinada 7,5 bal gücündə ZƏLZƏLƏ - Sunami xəbərdarlığı edildi
Argentinada 7,5 bal gücündə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, yeraltı təkanlar Argentinanın cənubunda, Uşuayyadan 222 kilometr cənubda, Dreyk keçidində...