BMT TŞ iclasında İran və İsrail nümayəndələri arasında dava düşüb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın obyektlərinə hücum edilərkən səssiz qalmamalıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İranın təşkilatdakı daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.
"İran İsrailin təcavüzü dayanana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək", - o, bildirib.
Onun sözlərinə görə, İran ABŞ-nin münaqişəyə girə biləcəyi ilə bağlı xəbərlərdən narahatdır.
"Aydın deyək: İranın nüvə proqramı dinc xarakter daşıyır və dünyanın ən geniş yoxlamalarına məruz qalır", - İrəvani vurğulayıb.
Bu bəyanatlardan sonra İsrailin BMT-dəki nümayəndəsi Denni Danon İrəvaniyə müraciət edərək qeyd edib ki, İran beynəlxalq ictimaiyyətdən onu müdafiə etməyi tələb edə bilməz: "İranın nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq", - Danon deyib.
Oxşar xəbərlər
İranda güclü zəlzələ oldu
İranın şimalında 5,1 bal gücündə zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı t...
