BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Bu barədə "Report" Baş katibin sözçüsü Stefan Düjarrik adından yayılan bəyanata istinadən xəbər verir.
Bəyanatda deyilir: "Baş katib bu gün Rusiya Federasiyasının Ukraynanın bir sıra bölgələrinə endirdiyi irimiqyaslı raket və dron zərbələrini kəskin şəkildə pisləyir. Məlumatlara görə, paytaxt Kiyevdə ən azı altı nəfər və Çornomorsk şəhərində iki nəfər həlak olub.
Hücum nəticəsində mülki şəxslər arasında çoxlu sayda xəsarətlər və yaşayış və enerji infrastrukturuna, habelə Azərbaycan Respublikasının Kiyevdəki səfirliyinə ziyan dəydiyi bildirilir. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququ pozur.
Harada baş verməsindən asılı olmayaraq, onlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Baş katib diplomatik binaların toxunulmazlığı prinsipini xatırladır. Baş katib Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə doğru ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəs çağırışını təkrarlayır, BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və təşkilatın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam şəkildə müdafiə edir".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...