"Bitcoin" 123 000 dollar dəyər qazanaraq yeni rekorda imza atdı
ABŞ prezidenti Donald Trampın atdığı addımlar kriptovalyutaların böyüməsinə təkan verir.
BAKU.WS xəbər verir ki, iyulun 14-də bitkoinin qiyməti növbəti dəfə tarixi maksimumunu yeniləyərək rekord həddə, yəni 123 000 dollara çatıb.
Analitiklər qeyd edirlər ki, "Bitcoin" qızılla birlikdə hazırda ABŞ-də gözlənilən maliyyə böhranına qarşı əsas müdafiə vasitəsi kimi mövqe tutur.
İyulda ABŞ prezidenti Donald Tramp borc talonunu 5 trilyon dollar artıran yeni layihə qəbul edib. Bu da ABŞ tarixində birdəfəlik ən böyük artıma səbəb olub.
Bazarlar həmçinin Tramp administrasiyasının rəqəmsal aktivlər üzrə işçi qrupunun iyulun 22-də kriptovalyuta siyasəti ilə bağlı hesabat dərc edəcəyini və bu hesabata strateji ehtiyat təklifini də daxil edəcəyini gözləyirlər.
Oxşar xəbərlər
Tramp: Hörmüz boğazından keçidə görə ödənişləri yalnız Vaşinqton tətbiq edə bilər
Hörmüz boğazından gəmiçilik ABŞ və İran arasında atəşkəs dövründə və yekun razılaşma əldə edildikdən sonra ödənişsiz olacaq. BAKU.WS "Report"a istinadən xəbər v...