Bir çox ölkədə XƏBƏRDARLIQ! - Yeni "H3N2" ştammı sürətlə yayılır
İyun ayında ortaya çıxan yeni H3N2 qrip ştammı Şimal yarımkürəsində sürətlə yayılaraq bir sıra ölkələrdə ciddi artıma səbəb olub. İngiltərə və Kanadada yoluxma halları yüksəlir, Yaponiyada isə indiyədək görünməmiş səviyyədə rekord göstəricilər qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından bildirilib ki, H3N2 çox sürətlə yayılır və artıq bəzi ölkələrdə dominant növə çevrilib. Böyük Britaniyada qrip hallarının ötən illə müqayisədə üç dəfə, Tokioda isə altı dəfə artdığı açıqlanıb. Yaponiyada 2 300-dən çox məktəb və bağça qismən bağlanıb.
Alimlər ştammın A qripi kateqoriyasına aid olduğunu deyir. ABŞ-də çox sayda test pozitiv çıksa da, hökumətin bağlanması səbəbindən CDC sentyabrdan bəri milli monitorinq məlumatı paylaşmır.
Mütəxəssislər vurğulayır ki, .vaksin yeni ştamma tam uyğun gəlməsə belə, xəstəxanaya yerləşdirmə və ağırlaşma riskini əhəmiyyətli dərəcədə azaldır.
Oxşar xəbərlər
SEPAH "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasını həyata keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd 4" əməliyyatının 50-ci dalğasının başladığını elan edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...