Beynəlxalq ekspertlər: İran İsrailin zərbələrindən sonra daha da güclənəcək

İsrailin İrana zərbələrindən sonra rəsmi Tehranın qətiyyəti, böyük ehtimalla, yalnız güclənəcək – bu, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NSYM) çıxmaq məsələsinə də aiddir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "AnewZ" telekanalına Kennedi adına Harvard İdarəetmə Məktəbinin nüvə enerjisi üzrə eksperti Metyu Bann (Matthew Bunn) bildirib.
"Bu, (İsrailin 13 iyunda endirdiyi zərbə) İranı nüvə silahı yaratmağa daha da sövq edə bilər. Güman edirəm ki, Tehran proqramı dərin məxfilik rejiminə keçirməyə çalışacaq. Əgər mərc etmək lazım gəlsəydi, bunu deyərdim: təəssüf ki, İranın növbəti on il ərzində nüvə bombasına sahib olma ehtimalı bu zərbədən sonra azalmır, əksinə, artır. İran, böyük ehtimalla, daha qətiyyətli olacaq, beynəlxalq müfəttişləri ölkədən çıxaracaq, NSYM-dən çıxacaq və qapalı obyektlərdə işləməyə davam edəcək", - o qeyd edib.
Oxşar mövqeni "AnewZ"a Tehran Universitetinin professoru Mohammad Marandi də səsləndirib.
O vurğulayıb ki, İranın cavabı dağıdıcı və İsrail rejiminin dərin peşmançılığına səbəb olacaq: "İran İsrail rejimini cəzalandıracaq".
"Ümid edirəm ki, ABŞ Prezidenti Donald Tramp buna qarışmamaq üçün kifayət qədər sağlam düşüncəyə malikdir, çünki hamımız bilirik ki, dünya nefti və qazının böyük hissəsi Fars körfəzi regionunda hasil edilir. Əgər ABŞ bazaları Fars körfəzinin o biri tərəfindəki ölkələrdə yerləşərsə, Birləşmiş Ştatlar İrana hücum edərsə, bu kiçik ərəb diktaturları şərikə çevriləcək. Bu isə neft bazarında elə bir vəziyyətə gətirib çıxaracaq ki, dünya iqtisadiyyatı çökəcək. Buna görə də düşünürəm ki, Trampın buna müdaxilə etməməsinə görə kifayət qədər sağlam düşüncəyə sahib olması üçün dua etməlisiniz", - professor bildirib.
Oxşar xəbərlər
İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb
İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Mehr" agentliyi İranın hava limanları və hava navi...
