Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı

Bəşər Əsədin gizli nüvə fəaliyyəti üzə çıxdı - 73 ton uran tapıldı
Dünya 56

Suriyada Bəşər Əsədin prezidentliyi dövründə gizli saxlanılan nüvə fəaliyyətləri ilə bağlı yeni detallar ortaya çıxıb.

BAKU.WS Associated Press-ə istinadən xəbər verir ki, agentliyin müfəttişləri avqust ayında ölkənin müxtəlif ərazilərində yoxlamalar aparıb.

Araşdırmalar zamanı Deyr əz-Zor bölgəsində nüvə reaktoruna uyğun soyutma infrastrukturu aşkarlanıb. Bundan başqa, başqa bir nüvə obyektində təxminən 73 ton təbii uran müəyyən edilib. MAQATE uranı nəzarətə götürüb.

Hesabatda Əsəd rejiminin beynəlxalq öhdəliklərə uyğun olaraq MAQATE-yə bildirmədiyi nüvə obyektləri və fəaliyyətlərinin olduğu qeyd edilir. Agentlik bu məlumatların Suriyanın keçmiş nüvə proqramının miqyası ilə bağlı yeni suallar yaratdığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər