Bəşər Əsədə Moskvada sui-qəsd cəhdi
Suriyanın sabiq prezidenti Bəşər Əsədə Moskvada sui-qəsd cəhdi edildiyi iddia olunub. Məlumata görə, o, zəhərlənərək öldürülməyə çalışılıb.
BAKU.WS xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) açıqlayıb ki, hadisə Rusiyanı çətin vəziyyətə salmaq və sui-qəsdi Moskvanın üzərinə atmaq məqsədi ilə planlaşdırılıb.
Əsədin səhhətinin hazırda stabil olduğu, onun 30 sentyabrda Moskvanın kənarında yerləşən xəstəxanadan evə buraxıldığı bildirilib. Xəstəxanada olduğu müddətdə yalnız qardaşı Mahir Əsəd və keçmiş Prezident Administrasiyası rəhbəri Mənsur Azzamın onu ziyarət etməsinə icazə verilib.
Qeyd edək ki, Bəşər Əsəd 2024-cü il dekabrın 8-də HTŞ və digər müxalif qrupların gözlənilməz hücumu nəticəsində devrilmişdi. Bununla da 54 illik Əsəd ailəsinin hakimiyyəti sona çatmışdı.
Oxşar xəbərlər
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
İranın mərhum Ali rəhbəri Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib....