Bəşər Əsəddən aylar sonra xəbər: Moskvada yenidən təhsilə başlayıb
2024-cü ildə Suriyadan qaçan sabiq Suriya prezidenti Bəşər Əsədin aylar sonra harada və necə yaşadığı ilə bağlı yeni məlumatlar yayılıb.
BAKU.WS xarici KİV-lərə istinadən bildirilib ki, Bəşər Əsəd hazırda ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. Onun uzun müddətdir ictimaiyyətdən uzaq, sakit və təcrid olunmuş həyat sürdüyü qeyd olunur.
Məlumata görə, Əsəd Moskvada yenidən təhsil almağa başlayıb. Keçmiş ixtisası olan oftalmologiya (göz xəstəlikləri) üzrə dərslərə qayıdan sabiq lider, eyni zamanda rus dili kursları da keçir.
Bildirilir ki, Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvanın elit yaşayış məntəqələrindən biri olan Rublyovkada yaşayır. Onun burada imkanlı şəxslərlə təmasda olduğu da iddia edilir.
Qeyd edək ki, Bəşər Əsəd 8 dekabr 2024-cü ildə ailəsi ilə birlikdə Dəməşqi tərk edərək Moskvaya qaçmışdı.
Oxşar xəbərlər
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Rusiya və Ukrayna razılığa gələ bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində b...