Belarus Rusiyaya benzinlə bağlı kömək etdi

Belarus Rusiyaya benzinlə bağlı kömək etdi
Dünya 12

Oktyabr ayında Belarusdan Sankt-Peterburq birjasına benzin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 47 dəfə artaraq 36,5 min tona çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Vedomosti" nəşri birja nümayəndəsinə istinadən məlumat yayıb.

Artım noyabrda da davam edir. Ayın ilk 19 günü ərzində birjada 21,72 min ton benzin satılıb - bu da ötən ilin həmin dövründən 7 dəfə çoxdur. Sentyabrda isə Belarus 13,44 min ton benzin tədarük edib. Bu göstərici oktyabr ayından aşağı olsa da, əvvəlki ilin eyni dövründən 20% çoxdur.

Dizel yanacağı üzrə vəziyyət fərqlidir

Sentyabrda dizelin satışında 2,5 dəfə artım qeydə alınsa da, oktyabrda bu göstərici 27% azalıb.

Belarus istehsalı olan neft məhsullarının satışları Rusiyada benzin üzrə rekord qiymət artımını dayandırmağa və bəzi regionlarda yaranmış çatışmazlığı azaltmağa kömək edib. Avqustda Rusiya hökuməti benzinin ixracını qadağan etsə də, istehsalın azalması səbəbindən birja qiymətləri tarixi maksimumları yeniləməyə davam edirdi.

Bildirir ki, Belarusdan benzin idxalı Rusiyaya ən sadə və ən tez tətbiq olunan variantdır. Çünki Belarus yanacağı onsuz da Rusiyanın limanları vasitəsilə ixrac edir və logistikanı dəyişməyə ehtiyac qalmır.

"Neft Research" şirkətinin idarəedici tərəfdaşı Sergey Frolov qeyd edib ki, ümumi istehlak fonunda Belarus benzininin həcmi o qədər də böyük deyil, lakin istehsalın azalması şəraitində bu tədarüklər bazarın sabitləşməsinə yardım edir.

Digər ekspertlər isə hesab edir ki, Belarus NQÇ-ləri benzini Rusiyaya birja vasitəsilə deyil, birbaşa müqavilələrlə də sata bilər, bu isə ümumi satış həcmini daha da artırır.

Son xəbərlər