Bəhreyndə SEPAH-a məlumat ötürməkdə şübhəli bilinən 5 nəfər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bəhreyn təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olmaqda şübhəli bilinən beş nəfəri saxlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a istinadən ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər SEPAH üçün məlumat toplamaq və həmin məlumatları ötürməkdə şübhəli bilinir. Araşdırmalar zamanı həmçinin İran ərazisində fəaliyyət göstərən terror elementləri vasitəsilə gizli məlumatların ötürülməsi və Bəhreyn rəsmilərinə qarşı sui-qəsdlərin planlaşdırılması ilə əlaqəsi olduğu ehtimal edilən daha bir nəfərin kimliyi müəyyən edilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...