BƏƏ Ordusu İrandan atılan dörd raket və 25 dronu zərərsizləşdirib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə sistemləri martın 22-də İrandan atılan dörd ballistik raket və 25 pilotsuz uçuş aparatını ələ keçirib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin "X"də dərc olunmuş gündəlik hesabatında bildirilir.
Qeyd olunur ki, gərginliyin başlanğıcından bəri ölkənin hava hücumundan müdafiə qüvvələri 345 ballistik raket, 15 qanadlı raket və 1 773 dronu zərərsizləşdirib.
Hücumlar nəticəsində səkkiz nəfər iki hərbçi və altı mülki şəxs həlak olub. Ölənlər arasında Banqladeş, Nepal, Pakistan və Fələstin vətəndaşları da var.
Yaralananların sayı 160 nəfərə çatıb. Onların arasında təxminən otuz ölkənin vətəndaşları da var.
Müdafiə Nazirliyi vurğulayıb ki, son 24 saat ərzində zərbələr nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Oxşar xəbərlər
İran Hörmüz boğazını tamamilə bağlamaqla hədələyib
ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, İran Hörmüz boğazını bağlayacaq. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm ə...