BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət şirkəti "DP World" BƏƏ-nin şərqində Hörmüz boğazından yan keçməklə neft və digər malların daşınması üçün yeni çoxfunksiyalı liman və konteyner terminalı inşa edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Financial Times" (FT) şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Fuceyra sahil zonasındakı yeni infrastruktur əmirliyin flaqman mərkəzi olan Cəbəl-Əlidən asılılığını azaldacaq. ABŞ-İran münaqişəsinin kəskinləşməsindən sonra regionun ən böyük konteyner limanı olan Cəbəl-Əlidə fəallıq 90-95 % azalıb. Bu, "DP World"ü beynəlxalq tərəfdaşlarını təchiz etmək üçün alternativlər axtarmağa sövq edib.
"Bizim öz planımız var və "DP World"nin nöqtey-nəzərindən şərq sahilindəki imkanları fəal araşdırırıq. Bu, nəyinsə düz getməyəcəyi təqdirdə, bir növ sığorta tədbiridir", - şirkət bildirib.
Yeni layihə "DP World"ün Oman körfəzindəki mövcudluğunu genişləndirəcək və konteynerlərin Hörmüz boğazından keçmədən ölkəyə daxil olub-çıxmasına imkan verəcək, bundan sonra onlar yük maşını ilə quru yolu ilə Dubay, Əbu-Dabi və qonşu Körfəz ölkələrinə daşınacaq.
Şirkət nümayəndəsi layihənin hələ yekunlaşdırılmadığını və BƏƏ hakimiyyəti ilə danışıqların davam etdiyini açıqlayıb. Lakin, yekun təsdiq alınsa, onun həyata keçirilməsi ilyarımdan çox çəkməyəcək.
Oxşar xəbərlər
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib
İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimal bölgələrindən neft və neft məhsullarının qaçaqmalçılığı, fırıldaqçılıq sxemləri nəticəsində təxminən 303 milyard...