BƏƏ-də yeni "qızıl vizalar" təqdim olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
TON Foundation şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "qızıl viza" proqramını işə saldığını elan edib.
BAKU.WS xəbər verir ki, bu proqram vasitəsilə Toncoin kriptovalyutasına sahib olan şəxslər 10 illik "qızıl viza" əldə edə biləcəklər.
Viza almaq üçün müraciət edən şəxsin azı 100 min dollar məbləğində investisiya yatırması və 35 min dollar xidmət haqqı ödəməsi tələb olunur. Viza ailə üzvlərinə də şamil ediləcək.
Sənədlərin rəsmiləşdirilməsi təxminən yeddi həftə çəkəcək. TON bu proqramı BƏƏ-dəki ənənəvi "qızıl vizaya" alternativ kimi təqdim edir. Çünki klassik qızıl viza üçün ən azı 540 min dollar dəyərində daşınmaz əmlaka və ya biznesə sərmayə qoyulması tələb olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...