Bayden ABŞ prezidentləri arasında ən çox istirahət edən lider olub

ABŞ-nin sabiq prezidenti Co Bayden prezidentlik müddətinin 39%-ni istirahətdə keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə New York Post qəzeti yazıb.
Məlumata görə, 82 yaşlı Bayden 1463 günlük prezidentlik dönəminin 577 gününü istirahətdə keçirib. Bu isə onu ABŞ-nin müasir tarixində ən çox məzuniyyət götürən prezident edir.
Müəlliflər qeyd edirlər ki, orta statistik amerikalı ildə 11 gün ödənişli məzuniyyət alır. Beləliklə, Baydenin 4 ildə topladığı istirahət günlərinə çatmaq üçün sadə vətəndaşın 52 il işləməsi lazımdır.
Baydendən əvvəl ABŞ-nin ən çox istirahət edən prezidenti ata Corc Buş olub. O, prezidentlik müddətinin 37%-ni – 543 gününü Ağ Evdən kənarda keçirib.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
