Aziz Yıldırım güllələnən Serhat Akından danışıb

Aziz Yıldırım güllələnən Serhat Akından danışıb
Dünya 100

"Fənərbağça"nın keçmiş futbolçusu olan Serhat Akına qarşı güllələnmə hadisəsi idman aləmində böyük əks-səda doğurub.

BAKU.WS xəbər verir ki, klubun sabiq prezidentlərindən olan Aziz Yıldırım Serhat Akına silahlı hücumu pisləyib.

Hücumu qınayan Yıldırım açıqlamasında bunları deyib:

"Bir vaxtlar futbol komandamızda çıxış edən və çempionatlarımıza töhfə verən keçmiş futbolçumuz Serhat Akına dünən gecə silahlı hücumu kədərlə öyrəndim. Bu mənfur hücumu qətiyyətlə pisləyirəm. Dövlətimizin aidiyyəti qurumlarından gözləntim budur ki, bu hücumu törədənlər və onun arxasında duranlar tez bir zamanda müəyyən edilsin, ictimaiyyətə açıqlansın və onların lazımi cəzalarını alması təmin edilsin. Keçmiş futbolçumuz Serhat Akına tezliklə sağalmasını arzu edirəm".

Xatırladaq ki, Türkiyə millisinin və "Fənərbağça" klubunun sabiq futbolçusu Serhat Akın ötən gecə ayağından güllələnib. Xəstəxanaya çatdırılan S.Akının vəziyyəti yaxşıdır.

Qeyd edək ki, 5 mövsüm "Fənərbağça"da çıxış edən futbolçu 3 çempionluq qazanıb. O, klubun forması ilə rəsmi matçlarda 154 dəfə meydana çıxıb və 49 qol vurub.

Son xəbərlər