Azərbaycan nümayəndə heyəti İranın Ali Milli Müdafiə Universitetində olub
Azərbaycanın Milli Müdafiə Universitetinin tanınmış professorlarından ibarət üç nəfərlik nümayəndə heyəti İrana səfəri çərçivəsində Ali Milli Müdafiə Universitetini ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Səfər zamanı nümayəndə heyəti universitetin rektorunun müavini, briqada generalı Xosrov Buəlhəsəni ilə görüşüb. Görüşdə elmi və ixtisaslaşdırılmış əməkdaşlıq məsələləri, doktorantura və qısamüddətli "Milli Müdafiə" kurslarına əcnəbi tələbələrin qəbul imkanları müzakirə olunub.
Tərəflər iki ölkənin ali hərbi təhsil müəssisələri arasında professor və tələbə mübadiləsinin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müdafiə, təhlükəsizlik və elmi-tədqiqat sahələrində əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Səfər iki həftə əvvəl İranın Ali Milli Müdafiə Universiteti professorlarının Bakıya səfərinə cavab olaraq həyata keçirilib.
Oxşar xəbərlər
ABŞ Tayvana 10 milyard dollardan artıq dəyərdə silah satışını təsdiqlədi
ABŞ administrasiyası Tayvana raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla 10 milyard dollardan çox dəyərə sahib yeni silah paketinin satışını təsdiqləy...