Azərbaycan əsilli türk aktyordan etiraf: "bərabərlik tərəfdarıyam"

Azərbaycan əsilli türk aktyordan etiraf: bərabərlik tərəfdarıyam
Dünya 505

Ekranların sevilən seriallarından olan Uzaq Şəhər serialının baş rol ifaçısı Ozan Akbaba maraqlı açıqlamalar verib. Aktyor özü haqqında fikirlərini bölüşərək izləyicilərə səmimi mesajlar ünvanlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.

"Əyləncəli və zarafatcıl biriyəm. Amma lazım gəldikdə çox sərt ola bilirəm. Bəzilərinə soyuq təsir edə bilərəm, amma mən səmimiyyətə inanan bir insanam və düşünürəm ki, səmimiyyətin yaranması üçün vaxt sərf olunmalıdır," - deyə aktyor bildirib.

Ozan Akbaba maqazin dünyasında çox görünməməsinin səbəblərini də açıqlayıb: "Mənim maqazinə marağım olmayıb və bunun üçün də çalışmamışam. İşimi layiqincə yerinə yetirmək üçün çalışıram və özümü həmişə peşəmə uyğun biri kimi göstərməyə çalışmışam."

Uzaq Şəhər serialını "Dünyanın ən gözəl layihəsini edirik" deyə tərif edən Ozan Akbaba layihə ilə bağlı fikirlərini belə ifadə edib: "Bu serialın arxasında olan insanlar, realist aktyorluğun bu layihəni zirvəyə qaldıracağını başa düşüb buna uyğun addımlar atıblar. Bu mənim üçün böyük bir şansdır."

Serialda canlandırdığı Cihan Albora obrazından bəhs edən aktyor bu xarakterin ailə dəyərlərinə və hörmət anlayışına böyük önəm verdiyini vurğulayıb: "Cihan həm böyük bir səbir daşıdır, həm də çoxsaylı problemlərlə baş etməyə çalışan biridir. O, ailə içində hörmətin yerini çox yaxşı bilir və heç kimə qarşı hörmətsizlik etmir."

Serialda Sinem Ünsal ilə baş rolu paylaşan Akbaba qadın hüquqları ilə bağlı mövqeyini belə ifadə edib: "Qadın hüquqları mövzusunda hər zaman bərabərlik tərəfdarıyam. Hər kəsin bərabər hüquqlara sahib olması vacibdir və bunu hər kəs düşünməlidir."

Son xəbərlər