Ayşenin vəsiyyəti 29 il sonra yerinə yetirildi
1996-cı ildə vəfat edən səs və dublyaj ustası Ayşe Şanın vəsiyyəti 29 il sonra yerinə yetirilib.
BAKU.WS xəbər verir ki, onun cənazəsi uzun illərdən sonra Diyarbəkir şəhərinə gətirilib.
Cənazəsni Hava limanında oğlu Murat Kerse və nəvəsi Bələdiyyə sədri Serhat Eren qarşılayıb.
Ayşenin nəşi vəsiyyətinə uyğun olaraq Yeniköy Asri qəbiristanlığında dəfn edilib.
"Anamın nəşinin 29 ildən sonra buraya gətirilməsi sevindirici haldır. Bütün hamı anamı sevir. Bu, daha əvvəl baş verməli idi. Bir sənətkarın öz torpağında dəfn olunması qədər təbii bir şey yoxdur. Biz bir az gecikdik. Bəlkə də bu bizim günahımızdır" - deyə Ayşenin oğlu Murat Kerse bildirib.
Oxşar xəbərlər
KİV: Təbrizdə hərbi vəziyyət elan edilib
İranın Təbriz şəhərində hərbi vəziyyət elan olunub və vətəndaşlara saat 20:00-dan sonra küçələrə çıxmaq qadağan edilib. Bu barədə "Azad İran" teleqram kanalı mə...