Ayın səthində iki "sirli" parıltı aşkarlandı
Yaponiyalı astronom Daici Fudzi Ayın səthində iki naməlum parıltı müşahidə edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, bu hadisələri 30 oktyabr və 1 noyabr tarixlərində iki müxtəlif bölgədə yerləşən teleskopların köməyi ilə qeydə alıb.
Məlumata görə, ilk parıltı Ayın "Rütubət dənizi" yaxınlığında yerləşən, təxminən 110 kilometr diametrli Qassendi kraterinin şərq hissəsində, ikinci hadisə isə "Fırtınalar okeanı"nın qərbində baş verib.
Mütəxəssislər bu parıltıların Taurid meteor axını ilə əlaqəli ola biləcəyini ehtimal edirlər. Hər il oktyabrın sonundan yanvarın əvvəlinədək Yer bu axının toz və daş fraqmentlərindən ibarət hissəsindən keçir. Astronomların fikrincə, həmin fraqmentlərdən bəziləri Ay səthinə çırpılaraq parıltı və istilik partlayışı yaradıb.
Alimlərin hesablamalarına görə, Ayın səthinə düşən meteoridlər təxminən saatda 96,5 min kilometr sürətlə hərəkət edib. Atmosferi olmadığı üçün Ayda bu obyektlər 250 min km/saat sürətə qədər çata və parlaq partlayış effekti yarada bilər.
Mütəxəssislər bildirirlər ki, Taurid axını Yer üçün təhlükə yaratmır, çünki kiçik meteorlar atmosferdə yanır. Lakin 2032 və 2036-cı illərdə Yupiterin cazibə qüvvəsi nəticəsində bir neçə fraqmentin birləşərək böyük obyektə çevrilməsi və Yerə yaxınlaşması riski artacaq.
Oxşar xəbərlər
Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib
Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (...