Avstriyada məktəbə silahlı hücum edildi - 10 nəfər öldü

10
iyn
2025
17:50
Avstriyada dəhşətli hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Qrats şəhərindəki məktəblərdən birinə silahlı hücum edilib.
Məlumatlara görə, hücum zamanı 10 nəfər həlak olub. Xeyli sayda isə yaralı var.
Qrats şəhərinin bələdiyyə sədri Elke Kahr, yayılan bütün məlumatları təsdiq edib.
Avstriyanın federal kansleri Kristian Ştoker bütün planlarını təxirə salıb. Avstriya Daxili İşlər Naziri Gerhard Karner isə hadisə yaşanan əraziyə yollanıb.
Qalereya
Oxşar xəbərlər
Bu zərərverici qarışqa növü Avropaya sürətlə yayılır
Aralıq dənizi regionuna "magnum" adlı qarışqa növü hücum edib. BAKU.WS xəbər verir ki, sözügedən qarışqalar Fransa, Almaniya, Belçika, Niderland və İsveçrə ...
