Avstriya Suriyadan qaçqınların qəbulunu dayandırır
Yeniliklərdən dərhal xəbərdar olun
Avstriyanın Suriyadan olan qaçqınlara sığınacaq verilməsi prosedurlarını ölkədə silahlı müxalif qüvvələrin qələbəsi fonunda dayandıracağı gözlənilir.
Bu barədə "Kronen Zeitung" qəzeti yazır.
"Hazırda Suriyalılara sığınacaq verilməsi ilə bağlı bütün prosedurlar dayandırılacaq və vəziyyət yenidən nəzərdən keçiriləcək," - deyə nəşr hökumət dairələrinə istinadən bildirir.
Qəzetin məlumatına görə, Suriyadan olan qaçqınların qəbul prosedurları "əlavə bildirişə qədər" dayandırılacaq. Məlumatda qeyd edilir ki, yalnız 2024-cü ildə 12 500 suriyalı Avstriyada sığınacaq üçün müraciət edib..
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...