Avropanın üç lideri Trampla Ukrayna münaqişəsini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar. Danışıqlar zamanı Vaşinqtonun Ukraynada münaqişənin həlli ilə bağlı təklif etdiyi plan müzakirə edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.
"Liderlər ABŞ-nin rəhbərliyi ilə davam edən sülh danışıqları ətrafındakı vəziyyəti müzakirə edərək, Vaşinqtonun Ukraynada ədalətli və dayanıqlı sülhə nail olunması və qan tökülməsinin dayandırılması istiqamətində göstərdiyi səyləri alqışlayıblar", - deyə bəyanatda qeyd olunur.
Bildirilib ki, söhbətin bütün iştirakçıları ABŞ-nin sülh planı ətrafında aparılan danışıqları həm Ukrayna və onun xalqı, həm də bütövlükdə Avroatlantik regionun təhlükəsizliyi üçün "həlledici məqam" kimi qiymətləndiriblər. Tərəflər həmçinin yaxın günlərdə sülh planı üzərində intensiv işi davam etdirmək niyyətini təsdiqləyiblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...