Avropa İttifaqının dövlət borcu və büdcə kəsiri artacaq

Avropa İttifaqının dövlət borcu və büdcə kəsiri artacaq
Dünya 28

Avropa İttifaqının borc və büdcə kəsiri göstəriciləri növbəti illərdə tədricən artacaq, bu, xüsusilə bəzi üzv dövlətlərə aiddir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının payız iqtisadi proqnozunu təqdim edən komissar Valdis Dombrovskis Brüsseldə bəyan edib.

Onun sözlərinə görə, buna əsasən hesabatda tam şəkildə əks olunmayan müdafiə xərclərinin ciddi artımı və qlobal iqtisadiyyatda böyük qeyri-müəyyənlik təsir göstərir.

Proqnozlara görə, 2025-ci ildə Aİ-nin 11 üzv ölkəsində büdcə kəsiri ÜDM-in 3 %-ni aşacaq. Bunlar Belçika, Almaniya, Fransa, Latviya, Malta, Avstriya, Slovakiya, Finlandiya, Macarıstan, Polşa və Rumıniyadır.

İtaliyada isə büdcə kəsiri bu il ÜDM-in 3 %-nə qədər azalacaq və növbəti illərdə də azalma davam edəcək.

"Ümumilikdə dövlət maliyyəsinə gəldikdə, 2024-cü ildə ÜDM-in 3,1 %-nə qədər azaldıqdan sonra, 2025-ci ildə Aİ-nin dövlət büdcəsi kəsirinin 3,3 %-ə, 2026 və 2027-ci illərdə isə 3,4 %-ə yüksələcəyi gözlənilir", – deyə Avropa komissarı bildirib.

Proqnoza əsasən, Aİ-nin dövlət borcu 2024-cü ildəki ÜDM-in 82 %,-dən 2027-ci ildə 85 %-ə qədər artacaq.

Son xəbərlər