Astral səyahətlərə çıxan Yusuf Güney yadplanetlilərlə bağlı XƏBƏRDARLIQ etdi

Astral səyahətlərə çıxan Yusuf Güney yadplanetlilərlə bağlı XƏBƏRDARLIQ etdi
Dünya 357

Astral səyahətlərə çıxdığını iddia edən məşhur türkiyəli müğənni Yusuf Güney indi də insanlara yadplanetlilərlə bağlı xəbərdarlıq edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, izləyicilərinə Astral səyahətə çıxmamağı tövsiyə edib.         

"Astral səyahətə çıxmayın. Astral səyahət sizin bildiyiniz bir şey deyil. Kitabın son səhifəsindən başladığım üçün bütün izləyicilərimizdən üzr istəyirəm. Əslində biz 3 bədəndən ibarətik - fiziki üçölçülü bədənimiz, astral bədənimiz, üçüncüsü isə öldükdən sonrakı ilahi ruhumuzdur. İnsanlar ara-sıra bəzi yuxu vəziyyətlərində astral bədəninə çıxa bilir. Astral səyahətə 5 ilinizi də, 10 ilinizi də versəniz bəlli kriteriyalar yaranmadan bu mümkün deyil", - deyə Güney bildirib.

"İlin əvvəlində demişdim ki, saxta yadplanetlilərin hücumları olacaq. Mən deyirdim ki, insanları xəbərdar etməliyəm. Yadplanetlilər bizi ciddi qəbul etmirlər", - deyə Yusuf Güney əlavə edib.

''Görmək nisbidir, tezlikdir. İnsan həmişə öz düşüncələrindən ibarətdir. Hiss çox fərqli bir şeydir. Bəzi insanlar bunu hiss edirlər. Mən peyğəmbər deyiləm, əslində heç nə bilmirəm. Çağımızın ən böyük xəstəliyi gözləməkdir. Hər kəs hər şeydən nəsə gözləyir. Təbiətdə inanılmaz şeylər var, hər şey gizlidir", - müğənni fikrini yükunlaşdırıb.

Son xəbərlər