Arda Turan: "İstəyərdim ki, universitetdən məzun olum"
"Eyüpspor"un baş məşqçisi Arda Turan universiteti bitirə bilmədiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o bu barədə Ümraniye Nevzat Ayaz Anadolu liseyində çıxış edərkən bildirib.
"Orta məktəbi sona qədər çox yaxşı oxudum. Hətta məktəbdə birincilik qazanmışdım. Futbola üstünlük verdikdən sonra dərsləri bir az təxirə saldım. Universitetin birinci kursunda dərsləri dayandırdım. Pis tələbə deyildim.
Dərslərini oxuyan tələbə idim. İstəyərdim ki, universitetdən məzun olum. Amma bundan sonra da ola bilər. Bizim dövrümüzdə çətin idi. Həm iş, həm də dərs eyni anda olmurdu" - deyə, Arda qeyd edib.
Xatırladaq ki, Arda Turan 2018-ci ildə Aslıhan Doğanla ailə qurub. Onların Hamza Arda və Asil Aslan adlı iki övladı var.
Oxşar xəbərlər
"Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb
NASA-nın "Ceyms Uebb" kosmik teleskopu alimləri təəccübləndirən yeni ekzoplanet aşkar edib. TOI-199b adlı qaz nəhənginin temperaturunun təxminən 80 dərəcə selsi...