Aprelin 1-dən qərar qüvvəyə minir - Rusiyada miqrantların uşağı ilə bağlı QADAĞA
Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu məhdudlaşdıran qadağa qüvvəyə minəcək.
BAKU.WS "Veçernaya Moskva"ya istindən xəbər verir ki, bunu rusiyalı hüquqşünas Devid Adams xatırladıb.
O qeyd edib ki, əcnəbi vətəndaşların övladlarının təhsil müəssisəsinə daxil olmamışdan əvvəl dil bilikləri üzrə məcburi sınaq imtahanının tətbiqi nəzərdə tutulur.
"Test şifahi və yazılı hissələrdən ibarət olacaq və 80 dəqiqə çəkəcək. Birinci sinif şagirdləri üçün yalnız şifahi hissə verilir. Vəkil qeyd edib ki, əgər uşaq ilk dəfə uğursuz olarsa, ona rus dili kursları keçmək və üç aydan sonra yenidən imtahan vermək təklif olunacaq".
Həmçinin uşağın Rusiya Federasiyasında qanuni qalmasının təsdiqi də tələb olunacaq.
Miqrantların övladları üçün rus dili testləri aprelin 1-dək təqdim olunacaq. Rusiya Təhsil Nazirliyi də qərar layihəsi hazırlayıb ki, ona əsasən, övladları rus dili imtahanından kəsilən və məktəbə buraxılmayan miqrantlar üç ay müddətində öz vəsaitləri hesabına onlara dil öyrətməlidirlər.
Oxşar xəbərlər
Rza Pəhləvi Trampı İrandakı vəziyyətə müdaxilə etməyə hazır olmağa çağırıb
Son İran şahının böyük oğlu Rza Pəhləvi ABŞ Prezidenti Donald Trampa müraciət edərək onu kütləvi etirazlara dəstək üçün İslam Respublikasındakı vəziyyətə müdaxi...