Antalyada meşə yanğını ikinci gündür davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Antalya vilayətinin Kaş rayonunda baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər ikinci gündür davam edir.
BAKU.WS xəbər verir ki, Üzümlü məhəlləsində dünən sübh saatlarında başlayan yanğını nəzarət altına almaq üçün gecə boyu intensiv mübarizə aparılıb.
Dağlıq, sıldırım və qayalıq ərazidə fəaliyyət göstərən yerüstü qruplar çətin şəraitə baxmayaraq yanğının yayılmasının qarşısını almağa çalışırlar.
Yanğının söndürülməsinə 26 yanğınsöndürən maşın, 9 su təchizatı avtomobili, 5 ilk müdaxilə texnikası və 155 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.
Səhər saatlarından etibarən helikopter və təyyarələr də havadan əməliyyatlara qoşulub. Hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan işlər davam etdirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...