Annalena Berbok BMT Baş Assambleyasının Prezidenti seçilib
Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasına prezident seçilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, Assambleyaya rəhbərlik edəcək ilk avropalı qadın, ümumilikdə isə bu vəzifəyə seçilmiş beşinci qadın olacaq.
Səsvermədə BMT-yə üzv olan 188 ölkə iştirak edib, onlardan 14-ü bitərəf qalıb. Berbok 167 səs toplayaraq rəqibi Helga Şmidti geridə qoyub.
Yeni seçilmiş prezident çıxışında ona dəstək verən dövlətlərə təşəkkürünü bildirib və fəaliyyət dövründəki əsas prioritetlərini açıqlayıb.
Onun sözlərinə görə, təşkilatın 21-ci əsrin tələblərinə uyğunlaşdırılması və üzv dövlətlərlə səmərəli əməkdaşlıq qurulması başlıca məqsədlərindən biri olacaq. Berbok eyni zamanda, "Gələcək üçün Pakt"ın əhəmiyyətini vurğulayıb və BMT-nin hər kəsi əhatə edən qlobal təşkilat kimi gücləndirilməsinin vacibliyini qeyd edib.
Berbok sentyabr ayında vəzifəsinin icrasına başlayacaq və bir il ərzində BMT Baş Assambleyasına rəhbərlik edəcək.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...