Anasından danışan Özcan Deniz: "Bayramda ona zəng etmədim!"
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar ailəsi ilə yaşadığı problemlərlə gündəmə gələn müğənni Özcan Deniz ilk dəfə anasından danışıb.
BAKU.WS xəbər verir ki, ayaqüstü jurnalistlərin suallarını cavablayan sənətçi bayramda anası Kadriyeni təbrik etmədiyini açıqlayıb.
52 yaşlı sənətçi "Xeyr, bayramda ona zəng etmədim, təşəkkür edirəm" - deyə bildirib.
Xatırladaq ki, qardaşı Ercan Denizin ağır ittihamları ilə üz-üzə qalan sənətçi onun barəsində xoşa gəlməz ifadələr işlətmişdi.
"Qorxutmaqla, ölümlə hədələməklə bütün pis işlərin hesabını məndən almağa çalışırsan. Ailəmizi darmadağın etdin. Nədəndir bu qəzəbin anlamaq mümkün deyil! Naekotik maddələr qəbul etmisən, dayanmadan içki içirsən, başın qarışıqdır. Pulu sevirsən. Hər kəsin çörəyi ilə oynayırsan. Durmadın, durmursun, durmayacaqsan. 30 ildir hamı səni mənə şikayət edir. Mən sənin kimi səni satmadım. Sənin bu qədər "xaraktersiz" ola biləcəyini gözləmirdim. Mən sənə layiq olmadığın şeyləri çox vernişəm. Lakin sən hər dəfə daha çox şey istədin. Mənə xəyanət etdin. Məni satdın" - deyə Özcan Deniz bildirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...