Amerikalı analitik Trampın ətrafının İranla bağlı planlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın müşavirləri onu İsrailin tərəfində İranla hərbi qarşıdurmaya sövq etmək üçün bilərəkdən yanlış məlumatlandırırlar.
Bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Larri Conson "DeepDive" adlı YouTube kanalına verdiyi açıqlamada bildirib.
"Trampa deyilir ki, guya İran zəifdir, raketləri ya tükənib, ya da tükənmək üzrədir və əgər tamamilə tükənsə, ölkə tamamilə müdafiəsiz və həssas vəziyyətə düşəcək", – deyə Conson vurğulayıb.
Onun sözlərinə görə, Ağ Evin rəhbəri real vəziyyət barədə dəqiq məlumat almır. Nəticədə Tramp ABŞ və İsrailin İran üzərindəki texniki üstünlüyünə əmin olur, halbuki bu, reallığa uyğun deyil.
Ekspertlər bildirir ki, ABŞ-nin İsrailin İrana qarşı hava hücumlarına qoşulması sadəcə simvolik jest olmayacaq, bu, əhatəli hərbi əməliyyat ola bilər.
Oxşar xəbərlər
Anthropic-in daxili məlumatları süni intellekt startapının əlinə keçdi
ABŞ-də yaradılan Cathedral adlı süni intellekt startapı Anthropic şirkətinin daxili sistemlərinə sızaraq məxfi məlumatları əldə etdiyini iddia edib. BAKU.WS xəb...