Amazon, Snapchat və Zoom daxil olmaqla bir çox saytda qlobal giriş problemi yaşanıb

Dünyada populyar olan bir çox internet saytına istifadəçilər uzun müddət daxil ola bilməyiblər. Problemdən ən çox təsirlənən platformalar arasında Zoom, Canva, Amazon, Snapchat, PlayStation Network və Fortnite yer alıb.
BAKU.WS xəbər verir ki, istifadəçilər saytları açmağa çalışarkən "xəta" mesajı ilə qarşılaşıblar. DownDetector saytının məlumatına görə, həmçinin Udemy, Ring, Clash Royale, Life360 və Signal kimi platformalarda da müvəqqəti giriş problemləri müşahidə olunub.
Amazon Web Services (AWS) problemin farkında olduğunu və tədbir görüldüyünü açıqlayıb. Xidmət qısa müddət ərzində bərpa edilib.
Maraqlı tərəfi odur ki, yalnız internet saytları deyil, bəzi banklar da kesintidən təsirlənib. Halifax, Lloyds və Bank of Scotland daxil olmaqla bir sıra bankların xidmətlərində də müvəqqəti çətinliklər yaranıb.
Ekspertlər bildirir ki, bu tip qlobal kesintilər texniki nasazlıq və ya server problemləri səbəbindən baş verə bilər.
Oxşar xəbərlər
Bir gündə iflas edən MƏŞHURLAR
Dünyaca tanınmış ulduzlar bəzən gözlənilmədən milyonlarla dollar borca girərək iflas yoluna düşürlər. Məşhurluq və yüksək gəlir belə, hər zaman maliyyə sabitliy...
