Almaniyada kişilərə yeni məhdudiyyət: Xaricdə 3 aydan artıq qalmaq istəyənlər…

Almaniyada kişilərə yeni məhdudiyyət: Xaricdə 3 aydan artıq qalmaq istəyənlər…
Dünya 55

2026-cı ilin əvvəlindən Almaniyada diqqət çəkən yeni qayda tətbiq olunmağa başlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 17–45 yaş aralığında olan kişilərin ölkədən uzunmüddətli çıxışları ilə bağlı məhdudiyyət qüvvəyə minib.

Məlumata görə, yeni dəyişikliklərə əsasən, bu yaş kateqoriyasına aid şəxslər üç aydan artıq müddətə ölkəni tərk etmək istədikdə xüsusi qaydalara tabe olacaqlar. Qərar yalnız turistik səfərləri deyil, eyni zamanda təhsil və iş məqsədilə edilən uzunmüddətli xarici səfərləri də əhatə edir.

Rəsmi qurumlar bildirir ki, sözügedən addım fövqəladə vəziyyət və ya hərbi səfərbərliklə bağlı deyil və sülh dövründə də tətbiq ediləcək daimi mexanizm kimi nəzərdə tutulur.

Almaniya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, əsas məqsəd çağırış yaşında olan şəxslərlə bağlı məlumat bazasının daha dəqiq və nəzarət olunan şəkildə formalaşdırılmasıdır. Bununla belə, ölkədən çıxış üçün tələb olunacaq icazə prosedurunun detalları hələ tam müəyyənləşdirilməyib.

Eyni zamanda, bu qaydalara əməl etməyən şəxslərə qarşı hansı tədbirlərin görüləcəyi də hələlik açıqlanmayıb.

Məlumata görə, bu yenilik Almaniyada həyata keçirilən genişmiqyaslı hərbi islahat proqramının bir hissəsidir. Həmin proqram çərçivəsində ölkə ordusunun şəxsi heyətinin 255–270 min nəfərə çatdırılması planlaşdırılır.

Son xəbərlər