Almaniyada əlverişsiz hava səbəbindən aviareyslər ləğv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyada şaxtalı hava və qar yağışı bir çox sahəyə, o cümlədən aviasiya sektoruna ciddi təsir göstərib.
BAKU.WS Bild-ə istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Frankfurt hava limanı başda olmaqla, bir sıra aeroportun fəaliyyətində məhdudiyyətlər yaranıb. Frankfurt hava limanında bu gün üçün planlaşdırılan 1090 aviareysin 120-si ləğv olunub.
Yolların buz bağlaması səbəbindən ölkə üzrə onlarla yol-nəqliyyat hadisəsi baş verib. Aeroportlarda eniş-uçuş zolaqlarının buz və qardan təmizlənməsi üçün əlavə tədbirlər görülüb. Görüş məsafəsinin azalması və digər çətinliklər səbəbilə uçuşlar təxirə salınıb və ya ləğv edilib.
Mütəxəssislər sərnişinlərə mümkün gecikmələr və dəyişikliklərlə əlaqədar əvvəlcədən məlumat almağı tövsiyə edirlər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...