Alimlər Yer kürəsinin əhalisinin azaldılmasını təklif ediblər
Beynəlxalq alimlər qrupu Yer kürəsinin ekoloji tarazlığını qorumaq üçün dünya əhalisinin 2200-cü ilədək təxminən 4 milyard nəfərə endirilməsini təklif edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
Araşdırma müəlliflərinin fikrincə, son 100 ildə dünya əhalisi 8,3 milyard nəfərə çatıb və bu artım planetin resurslarına ciddi təzyiq göstərir. Alimlər hesab edirlər ki, əhalinin sayının tədricən azalması təbii demoqrafik eniş yolu ilə həyata keçirilməlidir.
Onların proqnozuna görə, mövcud artım tempi davam edərsə, 2100-cü ildə dünya əhalisi 11,4 milyard nəfərə çata bilər. Bu isə karbon emissiyalarının artması, biomüxtəlifliyin azalması, enerji istehlakının yüksəlməsi və təbii ehtiyatlardan istifadənin daha da intensivləşməsi ilə nəticələnə bilər.
Eyni zamanda, Yaponiyanın Şizuoka Universitetinin alimləri isə doğum səviyyəsinin qlobal azalmasının nəsillərin, dillərin və mədəniyyətlərin yox olmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Onların araşdırmasına əsasən, əhalinin davamlı inkişafı üçün orta doğum göstəricisi hər qadına ən azı 2,7 uşaq olmalıdır. Hazırda isə dünya əhalisinin üçdə ikisi doğum səviyyəsinin bu həddən aşağı olduğu ölkələrdə yaşayır.
Oxşar xəbərlər
Rusiyada qadınlara hərbi komissarlıqdan çağırış vərəqələri göndərilir
Rusiyada son vaxtlar bəzi qadınların hərbi komissarlıqlardan çağırış vərəqələri alması müzakirələrə səbəb olub. BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, b...