Alimlər tam sintetik viruslar hazırladı
Alimlər laboratoriya şəraitində tam sintetik viruslar istehsal etdiklərini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, New England Biolabs və Yel Universitetinin tədqiqatçıları xəstəxanalarda tez-tez rast gəlinən davamlı bakteriyanı hədəf alan virusu 28 müxtəlif sintetik DNT parçası ilə qurduqlarını bildiriblər.
Mütəxəssislərin hazırladığı bu yeni üsulla fiziki virus nümunəsinə ehtiyac qalmadan, yalnız genetik ardıcıllıq məlumatı əsasında virusun bütün genomu hüceyrə xaricində birləşdirilib və laboratoriyada aktiv formaya gətirilib.
Bundan əlavə, fərdiləşdirmə imkanı verən texnologiya sayəsində virusun quyruq lifləri dəyişdirilərək müxtəlif bakteriya növlərini hədəf alması təmin olunub.
Alimlər hesab edirlər ki, bu üsul təhlükəli patogenlərin laboratoriyada saxlanılması zərurətini aradan qaldıraraq daha təhlükəsiz və sürətli müalicə imkanları yarada bilər.
Qeyd edilib ki, sifarişlə hazırlana bilən fərdiləşdirilmiş viruslar həm xəstəliklərin müalicəsində, həm də içməli suda bakteriyaları aşkar edən biosensorların hazırlanmasında mühüm rol oynaya bilər.
Oxşar xəbərlər
Marsdan su izləri: "Black Beauty" meteoritı analiz edilib
Alimlər Marsdan gələn 4,48 milyard illik "Black Beauty" meteoritini yeni nəsil cihazlarla araşdıraraq, qayaların daxilində çoxlu miqdarda hidrogen və su kompone...