Alimlər diabetlə mübarizədə faydalı ola biləcək təbii məhsulları açıqladı

Alimlər diabetlə mübarizədə faydalı ola biləcək təbii məhsulları açıqladı
Dünya 16

Müalicəvi göbələklərin 2-ci tip şəkərli diabetin profilaktikası və müalicəsinə əlavə vasitə kimi faydalı ola biləcəyi müəyyənləşib.

BAKU.WS xəbər verir ki, bu barədə "Frontiers in Nutrition" jurnalında dərc olunan icmal məqalədə məlumat verilib.

Alimlərin sözlərinə görə, dərman göbələklərinin tərkibində beta-qlükanlar, polisaxaridlər, triterpenoidlər, fenol birləşmələri və antioksidantlar da daxil olmaqla çoxsaylı bioloji aktiv maddələr var.

Aparılan araşdırmalar göstərib ki, bu maddələr toxumaların insulinə həssaslığını yaxşılaşdıra, qanda şəkərin səviyyəsinin azalmasına kömək edə, yağ mübadiləsini tənzimləyə və orqanizmdə iltihab və oksidləşdirici stressi azalda bilər.

Bundan əlavə, müalicəvi göbələklərin maddələr mübadiləsində mühüm rol oynayan bağırsaq mikroflorasına da müsbət təsir göstərə biləcəyi qeyd olunub.

Bununla belə, alimlər onları diabetin tam müalicə vasitəsi kimi tövsiyə etməyin hələ tez olduğunu vurğulayırlar.

Mütəxəssislərin fikrincə, bu məhsulların effektivliyini və təhlükəsizliyini dəqiq müəyyənləşdirmək üçün daha genişmiqyaslı və keyfiyyətli klinik sınaqlara ehtiyac var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər