Alimlər 2025-ci ilin sonunadək xərçəng xəstəliyinə qarşı dərmanla ilə bağlı mühüm araşdırma aparacaq
Rus alimləri onkologiyaya qarşı üç məqsədli dərmanın klinik sınaqlarını keçirirlər, onlar 2025-ci ilin sonuna qədər tamamlana bilər.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə Seçenov Universitetinin Fərdiləşdirilmiş Onkologiya İnstitutunun direktoru Marina Sekaçeva məlumat verib.
"Mədə xərçəngi, baş və boyun skuamöz hüceyrəli karsinoma və döş xərçəngində şiş hüceyrələrini hədəf alan daha üç hədəflənmiş dərman üzərində davam edən araşdırmalarımız var", - deyə o bildirib.
Sekaçevanın sözlərinə görə, alimlər metastatik melanomanın müalicəsi üçün xarici immuno-onkoloji dərman Keytruda ilə biooxşar preparatın klinik sınaqlarını artıq başa çatdırıblar. Dərman qeydiyyata alınaraq istifadəyə verilib.
Oxşar xəbərlər
Rusiya "Oreşnik"lə Lvovu vurdu, Ukrayana BMT-yə müraciət etdi
Ukrayna Rusiyanın "Oreşnik" raket ilə Lvov vilayətinə endirdiyi zərbədən sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını təcili iclasa çağır...