Aleksandr Lukaşenko ABŞ-yə səfər edəcək

Aleksandr Lukaşenko ABŞ-yə səfər edəcək
Dünya 22

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koul bildirib ki, Aleksandr Lukaşenko ilə onun Vaşinqtona mümkün səfərini müzakirə edib.

BAKU.WS xəbər verir ki, bu barədə Belarus liderinə yaxın "Pul Pervoqo" adlı "Telegram" kanalı məlumat yayıb.

Koul qeyd edib ki, tərəflər Lukaşenkonun ABŞ-yə mümkün səfəri məsələsini nəzərdən keçiriblər və bunun təşkil edilməsi istiqamətində iş aparılacaq.

ABŞ nümayəndəsi əlavə edib ki, Tramp Lukaşenko haqqında tez-tez "yaxşı dost və hörmətli dünya lideri" kimi fikirlər səsləndirir.

Martın 19-da Lukaşenko ABŞ nümayəndə heyəti ilə görüş keçirib. Minskdə yerləşən Müstəqillik Sarayında baş tutan görüşdə o, Yaxın Şərqdəki vəziyyətin açıq müzakirəsini təklif edib və ABŞ-nin Belarusun dostu olan ölkəyə qarşı müharibə apardığını bildirib.

Belarus prezidenti, həmçinin ABŞ-nin bəzi addımlarını tənqid etsə də, özünü hələ də Trampın tərəfdarı hesab etdiyini vurğulayıb.

Son xəbərlər