Aktauda AZAL təyyarəsinin qəzasının araşdırılması: Ekoloqlar işə başladılar

Aktauda AZAL təyyarəsinin qəzasının araşdırılması: Ekoloqlar işə başladılar
Dünya 42

Qazaxıstanın Mangistau vilayətindən olan ekoloqlar Aktauda "Azerbaijan Airlines" (AZAL) təyyarəsinin qəzaya uğradığı ərazidə araşdırma aparıblar.

Oxu.az-ın məlumatına görə, bu barədə Tengrinews.kz məlumat yayıb.

Bildirilir ki, "Embraer 190" təyyarəsinin qəza yerində ətraf mühitin çirklənməsinin müəyyən edilməsi zərurəti ilə əlaqədar olaraq mütəxəssislər tərəfindən torpaq nümunələri götürülüb.

Nəticələr bir müddət sonra açıqlanacaq.

Xatırladaq ki, dekabrın 25-i səhər "Azerbaijan Airlines" (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən "Embraer 190" tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.

Qeyd edək ki, qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.

Son xəbərlər