Aİ-dən TikTok-a ittiham: Qaydalara əməl etmir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) sosial media platforması TikTok-u "Birliyin məzmun qaydalarını pozmaq"da ittiham edib.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, Aİ Komissiyası TikTok-un reklam deposunun Aİ-nin Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticələr əldə olunduğunu açıqlayıb.
Verilən açıqlamada TikTok-un Aİ qaydaları çərçivəsində reklam deposunu dərc etmək öhdəliyinin olduğu, lakin şirkətin bu öhdəliyi yerinə yetirmədiyi bildirilib.
Komissiya bildirib ki, bu depo araşdırmaçılar və vətəndaş cəmiyyəti üçün saxta, aldatma məqsədli reklamların müəyyən edilməsi baxımından çox vacibdir.
Açıqlamada deyilir:
"TikTok-un reklamların məzmunu, həmin reklamların hədəf auditoriyası və bu reklamlara kimlərin pul ödədiyi barədə lazım olan məlumatları təqdim etmədiyi müəyyən olunub."
Əgər bu ilkin nəticələr təsdiqlənərsə, Aİ Komissiyası TikTok-a qarşı cərimə sanksiyası tətbiq edə və qaydalara əməl etməsi ilə bağlı rəsmi göstəriş göndərə bilər.
Qeyd edək ki, Aİ-nin texnologiya qaydaları Avropada fəaliyyət göstərən böyük şirkət və platformalardan sərt normalara riayət etməyi tələb edir.
Əgər qayda pozuntuları təkrarlanarsa, Aİ həmin platformaların Avropa bazarındakı fəaliyyətinə son verə bilər. Ayrıca, cərimələr şirkətin qlobal dövriyyəsinin 6%-ə qədərini əhatə edə bilər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...