Aİ-dən Rusiya ilə bağlı sərt bəyanat: "Qitənin mövcudluğuna təhdiddir"

Aİ-dən Rusiya ilə bağlı sərt bəyanat: Qitənin mövcudluğuna təhdiddir
Dünya 18

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Avropa ölkələri üçün ekzistensial təhlükə yaratdığını bəyan edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Kallas bu fikri Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin konfransında səsləndirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanın qitə ölkələrinin mövcudluğuna birbaşa təhdid yaratdığını aydın şəkildə görür. Kallas bildirib ki, Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirməklə yanaşı, mümkün uzunmüddətli qarşıdurmaya hazırlaşmaq məqsədilə müdafiə imkanlarını gücləndirmək niyyətindədirlər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiya-ASEAN nazirlər görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında Moskvanın Avropaya hücum etmək niyyətində olmadığını bildirib.

"Əgər onlar növbəti dəfə bütün Avropanı məlum bayraqlar altında birləşdirərək bizə hücum etməyə cəhd etsələr, bu artıq qeyri-konvensional müharibə olacaq", - deyə Lavrov vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər