Aİ Çinlə ticarətdə yeni məhdudiyyətlər hazırlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı Çinlə iqtisadi asılılığı azaltmaq üçün yeni ticarət qaydaları üzərində işləyir.
BAKU.WS xəbər verir ki, qərara əsasən, Avropa şirkətləri kritik məhsul və hissələri ən azı üç fərqli təchizatçıdan almağa məcbur ola bilər. Məqsəd Çindən idxaldan asılılığı azaltmaq və Avropa sənayesini qorumaqdır.
Yeni qaydaların əsasən kimya və sənaye avadanlıqları sektoruna aid ediləcəyi gözlənilir. Eyni zamanda, Aİ ucuz Çin məhsullarının Avropa bazarına təsirini azaltmaq üçün əlavə tarif və kvota tətbiqi variantlarını da nəzərdən keçirir.
Məsələnin mayın 29-da Avropa Komissiyasında, iyunun 18-də isə Aİ Liderlər Zirvəsində müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Aİ son illər Çinin strateji məhsullar üzrə ixrac məhdudiyyətlərindən sonra tədarük təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...