Ağ Evdə silah səsləri: Tramp tədbirdən çıxarıldı
ABŞ Prezidenti Donald Trump Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi zamanı silah səsləri eşidildikdən sonra təhlükəsizlik səbəbilə zaldan çıxarılıb.
BAKU.WS xəbər verir ki, hadisə zamanı prezident mühafizəçilər tərəfindən dərhal təhlükəsiz əraziyə aparılıb. Daha sonra Tramp sosial şəbəkədə açıqlama verərək silahlı şəxsin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını bildirib.
Prezident qeyd edib ki, təhlükəsizlik qüvvələri operativ və peşəkar şəkildə hərəkət edərək vəziyyəti nəzarət altına alıblar.
Hadisənin detalları ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb
Venesuelada baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 235-ə yüksəlib. Təbii fəlakət zamanı xəsarət alanların sayı isə 4 300 nəfərə çatıb...