Ağ Ev: Tramp iki həftə ərzində İrana zərbə endirib-endirməməyə qərar verəcək
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp, İranın nüvə proqramı ilə bağlı diplomatik həll imkanlarını nəzərdən keçirir və yaxın iki həftə ərzində İrana hərbi zərbələrin endirilməsi barədə qərar verəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə Amerikanın dövlət başçısının gözləmə mövqeyi tutduğunu bildirib.
"İranla yaxın gələcəkdə baş tuta biləcək və ya baş tutmaya biləcək danışıqlar ehtimalı olduğuna görə, mən iki həftə ərzində qərar verəcəyəm – hərəkət edək, ya yox", – deyə Trampın bəyanatını səsləndirib. Livitt əlavə edib: "O, iki həftə ərzində bu barədə qərar verəcək".
Bundan əvvəl Tramp İrana qarşı hərbi əməliyyatların mümkünlüyünü istisna etməmişdi. Axios portalının 17 iyun tarixli məlumatına əsasən, prezident ABŞ-ın İsrailin hərbi əməliyyatlarına qoşulması və İranın nüvə obyektlərinə zərbələr endirilməsi variantını nəzərdən keçirir.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbəsi endirib. Növbəti günlərdə tərəflər qarşılıqlı hücumları davam etdiriblər. Hər iki ölkə ölənlər və yaralananlar, eləcə də bir sıra obyektlərin vurulması barədə məlumat verib. Qarşılıqlı hücumlar hələ də davam edir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...